Koronavirus mövsümün startını iki həftə yubatdı
ESTAFET/ Futbol üzrə Bolqarıstan çempionatının startı təxirə salınıb. Bu barədə qərarı Bolqarıstan Futbol İttifaqı verib.
Qurum koronavirus pandemiyası üzündən 2020/21 mövsümünün başlanmasını iki həftəlik təxirə saldığını açıqlayıb. Ölkədə epidemioloji vəziyyətin ağırlaşması üzündən yarış avqustun 7-də başlamağı məqsədəuyğun sayıb.
Qeyd edək ki, son günlərdə MOİK, “Sarsko selo”, “Botev”, “Duvan”, Varna “Çernomore”si və Plovdiv “Lokomotiv”ində yoluxmalar aşkarlanıb.