AFFA səbirsizliklə gözlənilən qərarı açıqladı
ESTAFET/ Bu gün AFFA-nın İcraiyyə Komitəsinin online formatda növbəti konfransı keçirilib. AFFA çoxdan gözlənilən Azərbaycan millisinin baş məşqçisi ilə bağlı verilən qərarı açıqlayıb.
Qərarda bildirilir ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni de Byazi ilə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Həmçinin Arif Əsədovun baş məşqçinin köməkçisi təyin olunması məqsədəuyğun bilinib.
Qeyd olunub ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.