Daha iki mərhələnin keçiriləcəyi rəsmiləşdi - Formula 1

ESTAFET/ Formula 1 rəhbərliyi cari mövsümün təqviminə daha iki yarışın daxil edildiyini rəsmən açıqlayıb. Bunlar Toskana və Rusiya Qran-Priləridir.

Sentyabrın 11-13-də Mudjelloda ilk dəfə təşkil olunacaq yarış İtaliyanın Toskana bölgəsinin adını daşıyacaq. Soçidə keçiriləcək Qran-Prisi isə sentyabrın 25-27-ə planlaşdırılır. Bununla da rəsmi təqvimə daxil edilən yarışların sayı 10-a çatıb.

Qeyd edək ki, iyulun 3-də Avstriyada “Red Bull” trasında start götürən mövsüm Şpilberqdəki  Ştiriya Qran-Prisi ilə davam etdiriləcək. Bundan sonra Macarıstanda bir, Böyük Britaniyada 2 mərhələ təşkil olunacaq. İspaniya, Belçika və İtaliyada da mərhələlər keçiriləcək.

Müəllif: Natiq NƏSİROV