Aqil Məmmədovla daha 2 il
ESTAFET/ “Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb. Qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiper 2021/2022-ci illər mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.
Bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atmışdı.