Pavar 6 həftəlik sıradan çıxdı
ESTAFET/ Almaniyanın “Bavariya” klubunun zədələnən futbolçusu Bencamin Pavarın durumuna aydınlıq gəlib. Məşq zamanı xəsarət alan fransalı müdafiəçi 6 həftə meydanlardan kənar qalacaq.
Bu isə o deməkdir ki, Pavar Çempionlar Liqasının həlledici oyunlarını buraxacaq. Bu turnir avqustun 23-də başa çatacaq.
Qeyd edək ki, fransalı başa çatan mövsüm Bundesliqada 32 oyuna 4 qol vurub.