Lovrenin “Zenit”ə keçidi rəsmiləşdi
ESTAFET/ İngiltərənin “Liverpul” klubunun futbolçusu Deyan Lovrenin Rusiya “Zenit”inə keçidi rəsmiləşib. Bu barədə İngiltərə təmsilçisi açıqlayıb.
2014-cü ilin yayında “Sauthempton”dan “Liverpul”a keçən xorvatiyalı müdafiəçi üçün mersisaydlılar 25,3 milyon avro ödəyib. 31 yaşlı futbolçu Rusiya klubuna 12 milyon avroya başa gəlib.
Qeyd edək ki, Lovren başa çatan mövsüm Premyer Liqada 10 oyun keçirib.