YENİYETMƏLƏRİN DÜNYA ÇEMPİONATI - II GÜNÜN NƏTİCƏLƏRİ

ESTAFET/ Banqkokda (Tayland) ağırlıqqaldırma üzrə yeniyetmələr arasında 7-ci Dünya çempionatı davam edir. 

 

Çempionatın ikinci yarış günündə oğlanlar 56 kq, qızlar isə 48 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Çəki dərəcələrinin mükafatçılarını sizlərə təqdim edirik.

 

OĞLANLAR: 56 KQ  

   İdmançı  Ölkə  Birdən  Təkan  Toplam
 1  Maoran Çen  CHN  106  135  241
 2

 Lalrinnunqa Jeremi

 IND  110  130  240
 3  Caner Toptaş  TUR  109  128  237

 

Bu çəki dərəcəsində Dünya çempionatında Azərbaycan iki atletlə təmsil olunurdu - Elməddin Hüseynov və İsmayıl Məmmədov. Hər iki təmsilçimiz B qrupunda mübarizə aparıb. Elməddin toplamda 219 kq (94+125) çəki ram etməklə Çempionatı 8-ci, İsmayıl isə 209 kq (94+114) ağırlığı qaldırmaqla 16-cı sırada bitirib. Vurğulamaq lazımdır ki, hər iki atletimiz keçən ilki Avropa çempionatında göstərdikləri şəxsi nəticələrini yüksəldib. Belə ki, İsmayıl Polşadakı toplam 174 kq (81-93) nəticəsini 35 kq, Elməddin isə 194 kq (84+110) nəticəsini 25 kq yaxşılaşdırıb.        

 

QIZLAR: 48 KQ 

   İdmançı  Ölkə  Birdən  Təkan  Toplam
 1  Jonq Sim Han  PRK  79  102  181
 2  Si He  CHN  81  98  179
 3  Çotima Buçatturat  THA  68  90  158