“Səbail”də yeni müqavilə

ESTAFET/ Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Klubun feysbuk səhifəsində paytaxt təmsilçisinin Florian Kadriu ilə danışıqların müsbət yekunlaşması haqda məlumat verilib. 

Onunla 2020/21 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bu, “Səbail”in ikinci transferidir. Bakılılar bunadək Məqsəd İsayevi heyətinə qatıb.

Qeyd edək ki, 24 yaşlı şimali makedoniyalı hücumçunun son klubu “Renova” olub. Burada keçirdiyi 2,5 mövsümdə çempionatda 65 oyuna çıxan forvard cəmi 4 qol vurub.

O, həmçinin Albaniyada “Tirana”, vətənində “Teuta”, “Şkupi” və “Rabotniçki”də oynayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV