QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: I TUR

ESTAFET/ Xəbər verdiyimiz kimi, bugündən etibarən Latviyanın paytaxtı Riqada qadınlar arasında şahmat üzrə Avropa çempionatı start götürür. Çempionata Azərbaycan 9 şahmatçı ilə qatılıb. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparacaqlar.


Artıq çempionatın açılış və püşkatma mərasimi keçirilib və təmsilçilərimiz öz rəqiblərini tanıyıblar.  

 

Şahmatçılarımızın ilk turda qarşılaşdıqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik. 

 

 

Elina Otikova (LAT, 2049) - Gülnar Məmmədova (2357) 0,5:0,5

Günay Məmmədzadə (2348) - Mariya Heynatz (SUI, 1990) 1:0

Valentina Vaynovska (LAT, 1792) - Zeynəb Məmmədyarova (2322) 0:1

Eibhia Ni (IRL, 1496) - Ülviyyə Fətəliyeva (2287) 0:1

Türkan Məmmədyarova (2267) - Nana Caqnidze (GEO, 2528) 0:1

Xəyalə Abdulla (2241) - Aleksandra Qoryaçkina (RUS, 2452) 0:1

Jolanta Zavadzka (POL, 2449) - Nərmin Məmmədova (2240) 1:0

Darya Pustovoytova (RUS, 2411) - Xanım Balacayeva (2196) 0:1

Betül Cemre Yıldız (TUR, 2367) - Gövhər Beydullayeva (2054) 1:0