CÜDOÇULARIN ANTALYADA QAZANCI 3 BÜRÜNC OLDU - FOTOLAR
ESTAFET/ Türkiyənin Antalya şəhərində cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub. Turnirin sonuncu günündə milli komandamız aktivinə daha bir medal yazdırıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov Antalya “Qran-Pri”sində ölkəmizə üçüncü bürünc medalı qazandırıb.
Xatırladaq ki, daha öncə Hidayət Heydərov (73 kq) və Nəzakət Əzizova (52 kq) da bürünc medala sahib olub.
Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 kişi, 97 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunurdu.