Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Sevilya” öz rekordunu təkrarladı -
“Sevilya” öz rekordunu təkrarladı

ESTAFET/ İspaniyanın “Sevilya” klubu tarixinin rekordunu təkrarlayıb. Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda, futbol üzrə UEFA Avropa Liqasının 2019/20 mövsümünün final görüşündə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.

Görüş “Sevilya”nın 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. Bununla da, klub məğlubiyyətsiz oyunlar seriyasını 21-ə çatdırıb.

Bundan başqa, “Sevilya” tarixində 6-ci dəfə Avropa Liqasının qalibi adı qazanıb. Komanda bu günə kimi beş dəfə finala çıxıb və hamısında qalib gəlib.

Müəllif: Natiq NƏSİROV