Əliyar Ağayev elit kateqoriyalı hakimlər sırasında

ESTAFET/ Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-nın mövsümöncəsi hazırlıq kursuna dəvət alıb. Aparıcı hakimlər üçün təşkil edilən proses avqustun 26-27-də keçiriləcək.

Videokonfrans formatında olacaq təlimlərə elit və birinci kateqoriyalı, eyni zamanda VAR hakimləri cəlb edilib. Referilər onlayn kursa evlərindən qoşulacaqlar.

Təlimə 27 elit, 55 birinci kateqoriyalı hakim və 16 VAR referisi qatılacaq.

Müəllif: Məsim MƏSİMZADƏ