Millimizin iki oyunu təxirə salındı

ESTAFET/ Qadınlardan ibarət Azərbaycan millisinin iki oyunu təxirə salınıb. Avropa çempionatının seçmə mərhələsinin Moldova və İspaniya ilə görüşləri sentyabrın 16-da və 22-də baş tutmayacaq.

Buna koronavirus pandemiyası səbəb olub. Hər iki görüş milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salınıb. 

Qarşılaşmaların 2021-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.

Müəllif: Bəhruz MƏMMƏDOV