Lüksemburqlu futbolçu Azərbaycanla oyunu buraxa bilər
ESTAFET/ Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Monteneqro ilə qarşılaşacaq Lüksemburq yığması bir futbolçusunun xidmətindən məhrum qala bilər. “Yanq Boyz”un yarımmüdafiəçisi Kristofer Martins qarşıdakı iki rəsmi görüşü buraxmaq təhlükəsi ilə üzləşib.
23 yaşlı oyunçu bu gündən məşqlərə başlayan yığmanın düşərgəsinə hələ qoşulmayıb. Baş məşqçi Lük Holts onun milliyə qoşulub-qoşulmayacağının hələ bəlli olmadığını söyləyib. Buna səbəb İsveçrənin Lüksemburq üçün risk bölgəsi sayılmasıdır. Adıçəkilən ölkədə koronavirus pandemiyasına yoluxmaların sayı az deyil və bu üzdən Kristofer Martins Lüksemburqa daxil olarsa, karantinə alınacaq. Baş məşqçi futbolçunun Sürixdən birbaşa Bakıya yollanacağını istisna etməyib. Əks təqdirdə, Martins Millətlər Liqasının ilk iki görüşüşü buraxacaq.
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Lüksemburq yığması 3 gün sonra Monteneqronu qəbul edəcək. Azərbaycan millisi isə sentyabrın 5-də Nikosiyada Kiprlə üz-üzə gələcək.