Hakimlərimiz üçün erməni inspektor
ESTAFET/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunlarına təyinatlar açıqlanıb. Sentyabrın 3-də keçiriləcək 6-cı qrupun matçlarına Azərbaycan təmsilçiləri də təyinat alıb.
Almatıda baş tutacaq Qazaxıstan – Monteneqro görüşünün hakimləri Azərbaycandan olacaq. Rəhim Həsənov baş hakim funksiyasını yerinə yetirəcək. Onun briqadasında Elşad Abdullayev, Pərvin Talibov və Elçin Məsiyev yer alacaq.
Onların işinə erməni hakim-inspektor Gevorq Hovanesyan qiymət verəcək.
Azərbaycan hakim-inspektoru Asim Xudiyev də 6-cı qrupun matçına təyinat alıb. O, Skopyedə baş tutacaq Şimali Makedoniya – İspaniya görüşündə hakimlərin işinə baxacaq. (apasport.az)