QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: IV TUR

ESTAFET/ Latviyanın paytaxtı Riqada qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün ikinci turun oyunlari keçirilib. Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa çempionatına 9 şahmatçı ilə qatılıb. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparacaqlar.

 

Şahmatçılarımızın dördüncü turda qarşılaşdıqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.

 

Alisa Qalyamova (RUS, 2444) - Zeynəb Məmmədyarova (2322) 0:1 

Nataliya Jukova (UKR, 2438) - Ülviyyə Fətəliyeva (2287) 0,5:0,5 

Günay Məmmədzadə (2348) - Antoaneta Stefanova (ECF, 2527) 1:0

Jovanka Houska (ENG, 2397) - Xəyalə Abdulla (2241) 0:1

Xanım Balacayeva (2196) - Anna Varakomska (POL, 2343) 0:1 

Gülnar Məmmədova (2357) - Yelena Semyonova (RUS, 2212) 0,5:0,5

Türkan Məmmədyarova (2267) - Irmak Cağıl Arda (TUR, 2089) 0:1

Gövhər Beydullayeva (2054) - Kübra Öztürk (TUR, 2261) 0:1

Nərmin Məmmədova (2240) - Mariya Kouvatsou (GRE, 2016) 1:0