Niyazovun ömürlük cəzası qüvvədə qaldı

ESTAFET/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Yığıncaqda sabiq hakim Anar Niyazov tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Qurum onun müraciətinin təmin edilməməsinə qərar verib. Bununla da İntizam Komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb.

Qeyd edək ki, “danışılmış oyunlarda” iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Bu qərar UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.

Müəllif: Orxan NOVRUZOV