“Barselona”da ilk ayrılıq reallaşır
ESTAFET/ “Barselona”da ilk ayrılıq reallaşır. Yarımmüdafiəçi İvan Rakitiç komandanı tərk etmək qərarına gəlib.
Xorvatiya millisinin üzvü sabiq komandası “Sevilya”ya qayıdır. 32 yaşlı oyunçu əndəlüs təmsilçisi ilə 3 illik müqaviləni razılaşdırıb. Rakitiç artıq Sevilyadadır və bu gün tibib müayinədən keçəcək.
Qeyd edək ki, İvan Rakitiç 2011-2014-cü illərdə “Sevilya”nın formasını geyinib.