Kipr yığması koronavirus testindən keçir
ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında 2020/21 mövsümünün ilk oyunlarını Monteneqro və Azərbaycana qarşı keçirəcək Kipr yığması koronavirus testindən keçəcək. Komandanın məşqçi və futbolçu heyətindən bu gün test götürüləcək.
Baş məşqçi Yohan Valem isə ilk məşqi sabaha planlaşdırır. Çalışdırıcı qarşıdakı rəsmi matçlara ümumilikdə 24 futbolçu dəvət edib.
Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də isə Azərbaycanı Nikosiyada qəbul edəcək. Millimiz isə gələn ayın 5-də ilk görüşünü Bakıda Lüksemburqa qarşı keçirəcək.