“Sabah”ın futbolçusu millisinin heyətində
ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində Kosovo və Sloveniya ilə qarşılaşacaq Moldova yığmasının heyəti açıqlanıb. "Sabah”ın futbolçusu Yevgeni Koçuk da heyətə salınıb.
Baş məşqçi Engin Fırat yekun siyahıda yarımmüdafiəçiyə də yer verib. 7 futbolçunu siyahıdan çıxaran çalışdırıcı yekun “24-lüy”ü müəyyənləşdirib.
Qeyd edək ki, C liqasının 3-cü qrupunda yer alan Moldova millisi sentyabrın 3-də Kosovo ilə evdə, 6-da isə Sloveniya ilə səfərdə qarşılaşacaq.