“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi
ESTAFET/ Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi müəyyənləşıb. Ağdam təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada bəlli olub.
Çempionlar yolunun əvvəlki mərhələlərində “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə “Molde” (Norveç) ilə üz-üzə gələcək. Bu mərhələnin matçları sentyabrın 15-16-da keçiriləcək. İlk iki oyunu evdə keçirən “Qarabağ” bu dəfə də ev matçına çıxacaq.
Qeyd edək ki, sabah pley-off mərhələsinin püşkü atılacaq. “Qarabağ”ın yer aldığı cüt həmin tədbirdə mümkün rəqibini tanıyacaq.