Türkiyədə qışadək oyunlar azarkeşsiz olacaq

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasında ilk dövrənin oyunları azarkeşsiz keçiriləcək. Bu barədə Türkiyə Futbol Federasiyası qərar çıxarıb. Buna dünyada və Türkiyədə yayılan koronavirus pandemiyası səbəb göstərilib.
Qeyd edək ki, Superliqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.
