QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: V TUR

ESTAFET/ Riqada (Latviya) qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatı davam edir. Artıq çempionatın 4 turu arxada qalıb. Bu gün beçinci turun oyunlari keçiriləcək.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa çempionatına 9 şahmatçı ilə qatılıb. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparacaqlar.

 

Şahmatçılarımızın V turda qarşılaşacaqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.

 

ŞAHMATÇI ELO Hesab ELO ŞAHMATÇI
 Zeynəb Məmmədyarova  2322  0-1  2452   Aleksandra Qoryaçkina (RUS) 
 Elina Danielyan (ARM)   2437  1-0  2348   Günay Məmmədzadə 
 Natalya Poqonina (RUS)  2478  0,5-0,5  2287   Ülviyyə Fətəliyeva 
 Xəyalə Abdulla 2241 0,5-0,5 2400  Salome Meliya (GEO) 
 Katarzina Toma (POL) 2229 0-1 2357  Gülnar Məmmədova 
 Almira Skripçenko (FRA) 2420 1-0 2240  Nərmin Məmmədova 
 Mariya Komyagina (RUS) 2247  0,5-0,5  2196  Xanım Balacayeva 
 Elina Otikova (LAT) 2049 0-1 2267  Türkan Məmmədyarova 
 Mey Narva (EST) 2249 0-1 2054  Gövhər Beydullayeva 

 

5 turdan sonra təmsilçilərimizin ümumi sıralamadakı mövqeləri:

11. Zeynəb Məmmədyarova - 3,5 xal

14. Ülviyyə Fətəliyeva - 3,5 xal

39. Xəyalə Abdulla - 3 xal

42. Günay Məmmədzadə - 3 xal

56. Gülnar Məmmədova - 3 xal

91. Xanım Balacayeva - 2 xal

100. Türkan Məmmədyarova - 2 xal

104. Nərmin Məmmədova - 2 xal

111. Gövhər Beydullayeva - 2 xal

 

Turnir cədvəlinə rus Aleksandra Qoryaçkina 4,5 xalla vahid liderlik edir. 9 şahmatçı isə 4 xalla onu izləyir.