I turun oyunları davam edir: Millətlər Liqası

ESTAFET/ UEFA Millətlər Liqasında I tur davam edir. İlk tur çərçivəsində daha 8 matç keçirilib.

A və C liqalarının hərəsində bir, B liqasında iki qrupda mübarizəyə start verilib. Ən güclülərin yer aldığı A liqasında 1-ci qrupda iki qarşılaşma baş tutub. Niderland Polşaya qalib gəlib. İtaliya öz meydanında Bosniya və Herseqovina önündə heç-heçə ilə kifayətlənib.

B liqasının 1-ci qrupunda Avstriya Norveçi məğlubiyyətə uğradıbsa, Rumıniya Şimali İrlandiya ilə görüşdə üstünlüyü son anda əldən verib. 2-ci qrupda isə Çexiya Slovakiya üzərində qələbəyə sevinib. Şotlandiya və İsrailin duelində qalib müəyyənləşməyib.

Azərbaycan yığmasının da yer aldığı C liqasında 4-cü qrupda ilk oyunlar baş tutub. Qazaxıstan səfərdə Litvanı məğlub edib. Albaniya isə Belarusdan qələbə ilə ayrılıb.

Qeyd edək ki, tura sentyabrın 5-də yekun vurulacaq. Baş tutacaq 9 matçdan biri Bakıda keçiriləcək. Azərbaycan millisi C liqasının 1-ci qrupunda Lüksemburqla görüşəcək.

UEFA Millətlər Liqası
I turun oyunları

4 sentyabr 2020

A liqası, 1-ci qrup
İtaliya – Bosniya və Herseqovina  1:1
Qollar: Sensi 67 : Dzeko 58
Niderland – Polşa  1:0
Qol: Berqviyn 61

B liqası, 1-ci qrup
Norveç - Avstriya  1:2
Qollar: Haland 66 : Qreqoritş 35, Sabitzer 54 (pen.)
Rumıniya – Şimali İrlandiya  1:1
Qollar: Puşkaş 25 : Vayt 86

B liqası, 2-ci qrup
Şotlandiya - İsrail  1:1
Qollar: Kristie 45 (pen.) : Zahavi 73
Slovakiya – Çexiya  1:3
Qollar: Şrants 88 : Kufal 48, Dokal 53 (pen.), Krmençik 86

C liqası, 4-cü qrup
Litva - Qazaxıstan  0:2
Qollar: Zaynutdinov 3, Kuat 86
Belarus - Albaniya  0:2
Qollar: Çikalleşi 23, Bare 79

Müəllif: Natiq NƏSİROV