QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: VI TUR
ESTAFET/ Riqada (Latviya) qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatında artıq favoritlər müəyyənləşir. Belə ki, artıq çempionatın 5 turu arxada qalıb və qitənin ən dərin zakaya sahib zərif cins nümayəndələri mövqelərini möhkəmlətməyə çalışırlar. Bu gün çempionatda altıncı tur oynanılacaq.
Bildiyiniz kimi, çempionatına 9 şahmatçı ilə təmsil olunuruq. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparırlar.
Təmsilçilərimizin VI turda qarşılaşacaqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.
ŞAHMATÇI | ELO | Hesab | ELO | ŞAHMATÇI |
Ülviyyə Fətəliyeva | 2287 | 0,5:0,5 | 2449 | Jolanta Zavadzka (POL) |
Darya Pustovoytova (RUS) | 2411 | 1:0 | 2322 | Zeynəb Məmmədyarova |
Gülnar Məmmədova | 2357 | 0,5:0,5 | 2136 | Svetlana Petrenko (MDA) |
Darya Çaroçkina (RUS) | 2381 | 0,5:0,5 | 2241 | Xəyalə Abdulla |
Anastasiya Sazonova (RUS) | 2143 | 1:0 | 2348 | Günay Məmmədzadə |
Xanım Balacayeva | 2196 | 0,5:0,5 | 2443 | Deymante Daulite (LTU) |
Türkan Məmmədyarova | 2267 | 0,5:0,5 | 2122 | Kamille de Soroş (SUI) |
Nərmin Məmmədova | 2240 | 0,5:0,5 | 2072 | Karina Əzimova |
Gövhər Beydullayeva | 2054 | 0,5:0,5 | 2229 | Katarzina Toma |