Avrokuboklar tarixinin ən məhsuldar heç-heçəsi

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Topola” - “Styaua” görüşü tarixə düşüb. Serbiyada keçirilən qarşılaşmada 12 qol vurulsa da, qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb.

120 dəqiqəsi 6:6 hesabı ilə bitən görüş avrokuboklar tarixinin ən məhsuldar heç-heçəsidir. Bunadək rəqiblərin nəinki hərəyə 6, hətta 5 top vurmasına da təsadüf olunmayıb.

Qeyd edək ki, penaltilər seriyasında “Styaua” qalib gəlib.

Müəllif: Natiq NƏSİROV