CÜDO ÜZRƏ AVROPA ÇEMPİONATI BAŞLAYIR

ESTAFET/ Sabah Polşanın Varşava şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.

 

Dörd gün davam edəcək mötəbər yarışda Azərbaycan milli komandası 13 cüdoçu ilə təmsil olunacaq.

 

Aprelin 20-22 tarixlərində cüdoçularımız fərdi yarışlarda mübarizə aparacaqlar. Ayın 23-də isə millimiz komanda yarışında qüvvəsini sınayacaq.

 

Fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə yarışacaq.