Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: - VIII TUR
QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: VIII TUR

ESTAFET/ Birgünlük istirahətin ardından Riqada (Latviya) keçirilən qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatı bu gün 8-ci turun oyunları ilə davam edib. Sona 4 tur qalmış mübarizə gərgin xarakter alır. 34 şahmatçı 1 xallıq fərqlə çempionatın medalları uğrunda daha şanslı görünür.  

 

Azərbaycan çempionatına 9 şahmatçı ilə təmsil olunur. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparırlar.

 

Təmsilçilərimizin VIII turda qarşıladıqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.

 

ŞAHMATÇI ELO Hesab ELO ŞAHMATÇI
 Gülnar Məmmədova  2357   0,5:0,5   2478   Natalya Poqonina (RUS) 
 Ülviyyə Fətəliyeva   2287   1:0   2456   Lela Cavaxişvili (GEO)
 Almira Skripçenko (FRA)   2420   0:1   2322   Zeynəb Məmmədyarova 
 Nastasiya Zazyulkina (BLR) 2387  0,5:0,5  2241  Xəyalə Abdulla 
 Türkan Məmmədyarova 2267  0:1  2527  Antoaneta Stefanova (ECF) 
 Nərmin Məmmədova 2240  1:0  2378  Anastasiya Savina (RUS) 
 Aqnes Likrastine (LAT) 2223  0:1  2348  Günay Məmmədzadə 
 Gövhər Beydullayeva 2054  0,5:0,5  2240  Anastasya Paramzina (RUS) 
 Corciya Qrapsa (GRE) 2049  0:1  2196  Xanım Balacayeva

 

Geridə qalan 8 turdan sonra şahmatçılarımızın ümumi sıralamadı mövqeləri aşağıdakı kimidi.

 

14. Ülviyyə Fətəliyeva - 5,5 xal

21. Zeynəb Məmmədyarova - 5 xal

36. Gülnar Məmmədova - 5 xal

46. Xəyalə Abdulla - 4,5 xal

79. Günay Məmmədzadə - 4 xal

85. Nərmin Məmmədova - 4 xal

95. Türkan Məmmədyarova - 3,5 xal

99. Xanım Balacayeva - 3,5 xal

109. Gövhər Beydullayeva - 3 xal

 

Turnir cədvəlinə isə 6,5 xalla gürcü Nana Caqnidze və rus Aleksandra Qoryaçkina başçılıq edir.