Play-off mərhələsinin ilk 3 oyunu: ÇL - 2020/21

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürəcək. Əvvəlcə üç cütdə ilk görüşlər baş tutacaq.
“Krasnodar” PAOK-la, Təl-Əviv “Makkabi”si “Zalsburq”la, “Slaviya” isə “Midtülland”la görüşəcək.
Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Əvvəlki mərhələlər bir qarşılaşmadan ibarət idisə, bu dəfə rəqiblər ardıcıl iki həftə ərzində üz-üzə gələcək. Cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Play-off, ilk oyunlar
22 sentyabr 2020
23:00 “Krasnodar” (Rusiya) - PAOK (Yunanıstan)
23:00 “Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya)
23:00 “Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka)
