CÜDOÇULAR İKİ BÜRÜNCLƏ BAŞLADILAR -
ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün Varşavada (Polşa) böyüklər arasında cüdo üzrə Avropa çempionatı start götürüb. Azərbaycan çempionata 11 (9 kişi, 2 qadın) cüdoçu ilə qatılıb. Yarışların ilk günündə tatamiyə kişilərdə 60 və 66 kq, qadınlarda 48, 52 və 57 kq çəki dərəcələrində güləşən cüdoçular çıxıblar.
Təmsilçilərimizdən 4-ü ilk gün mübarizəyə qoşulanların sırasındadı. Onların rəqiblərini və nəticələrini təqdim edirik.
Kişilər
60 kq: Orxan Səfərov - Bürünc medal
1/8 final: Orxan Səfərov - Matias Trbovc (SLO)
1/4 final: Orxan Səfərov - Robert Mşvidobadze (RUS)
Təsəlliverici: Orxan Səfərov - Bekir Özlü (TUR)
3-cü yer üçün: Orxan Səfərov - Amiran Papinaşvili (GEO)
66 kq: Nicat Şıxəlizadə - Bürünc medal
1/16 final: Nicat Şıxəlizadə - Manuel Şeybel (GER)
1/8 final: Nicat Şıxəlizadə - Jasper Lefyer (BEL)
1/4 final: Nicat Şıxəlizadə - Kamal Xan-Maqomedov (RUS)
Yarımfinal: Nicat Şıxəlizadə - Adrian Qombok (SLO)
3-cü yer üçün: Nicat Şıxəlizadə - Dmitri Minkov (BLR)
Qadınlar
48 kq: Aişə Qurbanlı
1/16 final: Aişə Qurbanlı - Gülkader Şentürk (TUR)
1/8 final: Aişə Qurbanlı - Eva Çernovitski (HUN)
52 kq: Nəzakət Əzizova
1/8 final: Nəzakət Əzizova - Reka Pupp (HUN)