Milliyə 26 futbolçu çağırıldı

ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi sentyabrın 24-dən 30-dək Bakıda baş tutacaq.
Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər. Hazırlıq prosesinə 26 futbolçu dəvət olunub.
Fərid Kələntərov, Məmməd Muradov, İbrahim Ramazanov, Namiq Şəmilov, İxtiyar Məmiyev, Nuğay Rəşidov, Emil Süleymanov, (hamısı "Qəbələ"), Fariz Xeyrullayev, Rüfət Abbasov, Ağadadaş Salyanski, Elcan Əbilov ("Neftçi"), Yelmar Aşurov, Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev, Şahmar Aşurov ("Sabah"), Əjdər Hacılı, Xəyal Feyzullayev, Rəhman Məmmədov ("Sumqayıt"), Sahib Həsənov, Qurban Səfərov, Tofiq Bayramov ("Keşlə"), Nicat Quliyev, Xəyal Əliyev ("Səbail"), Vasif Fərəcov, Nəriman Axundzadə ("Qarabağ"), Mahmud Agayev ("Zirə")
