HİDAYƏT QIZIL, RÜSTƏM BÜRÜNC QAZANDI - YENİLƏNİR
ESTAFET/ Bu gün Varşavada (Polşa) böyüklər arasında cüdo üzrə Avropa çempionatında ikinci yarış günü idi. Tatamiyə kişilərdə 73 və 81 kq, qadınlarda 63 və 70 kq çəki dərəcələrində güləşən cüdoçular çıxıblar. 73 kq çəki dərəcəsində güləşən hər iki cüdoçumuz Avropa çempionatının medallarını qazanmağı bacarıblar - Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov bürünclə kifayətləndiyi halda, gənc Hidayət Heydərov böyüklər arasında ilk Avropa çempionu titulunu qazanıb.
81 kq çəki dərəcəsində isə Rüfət İsmayılov çıxış edirdi. Təmsilçilərimizin keçirdikləri görüşləri və nəticələrini təqdim edirik.
Kişilər
73 kq: Rüstəm Orucov - Bürünc medal
1/16 final: Rüstəm Orucov - Andre Seppa (EST)
1/8 final: Rüstəm Orucov - Ferdinand Karapetyan (ARM)
1/4 final: Rüstım Orucov - Musa Moquşkov (RUS)
Təsəlliverici: Rüstəm Orucov - Denis Yartsev (RUS)
3-cü yer üçün: Rüstəm Orucov - Mikloş Unqvari (HUN)
73 kq: Hidayət Heydərov - Qızıl medal
1/16 final: Hidayət Heydərov - Xavyer Ramirez (ESP)
1/8 final: Hidayət Heydərov - Hasan Vanlıoğlu (TUR)
1/4 final: Hidayət Heydərov - Tommi Makias (SWE)
Yarımfinal: Hidayət Heydərov - Mikloş Unqvari (HUN)
Final: Hidayət Heydərov - Musa Moquşkov (RUS)
81 kq: Rüfət İsmayılov
1/16 final: Rüfət İsmayılov - Kristian Toniste (EST)
1/8 final: Rüfət İsmayılov - Nikon Zaborosçyuk (MDA)
Xatırladaq çempionatın ilk yarış günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanmışdılar.