Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Sabah”dan 50-ci qol -
“Sabah”dan 50-ci qol

ESTAFET/ “Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub. Yubiley XI turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib. Görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

“Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakılılar evdə 27, səfərdə 23 dəfə fərqlənib. Paytaxt təmsilçisi 2018/19 mövsümündə 20, 2019/20 mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.

Qeyd edək ki, “Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də “Keşlə” ilə matçda (1:0) vurub.

Müəllif: Natiq NƏSİROV