“Makkabi”də start heyəti müəyyənləşib

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq İsrailin “Makkabi” klubu səfər oyunu üçün bu gün İstanbula yollanacaq.

Baş məşqçi Giorqos Donis axşam saatlarında matçın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunda son məşqini keçəcək.

Təl-Əviv təmsilçisinin çalışdırıcısı təxmini “11-liy”ini də artıq müəyyənləşdirib. 51 yaşlı çalışdırıcı itkilərin fonunda 4-4-2 taktiki sxemindən yararlanmağı planlaşdırır. “Makkabi”nin meydana aşağıdakı heyətlə çıxması gözlənilir.

Qapıçı: Daniel Tenenbaum
Müdafiəçilər: Maor Kandil, Luis Ernandes, Eytan Tibi, Ofir Davidzada
Yarımmüdafiəçilər: Dan Qlazer, Eyal Qolasa, Dor Perets, Dan Biton
Hücumçular: Yonatan Kohen, Aleksandar Peşiç

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV