SHAMKIR CHESS 2017: IV TUR
ESTAFET/ Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun şərəfinə keçirilən "Shamkir Chess 2017" şahmat superturniri davam edir. Artıq turnirin dörd turu arxada qalıb. Bu turda Azərbaycan qarşılaşması olub. Belə ki, turnirdəki iki təmsilçimiz - Məmmədyarovla Rəcəbov qarşı-qarşıya gəliblər və görüş sülhlə yekunlaşıb.
Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb.
Şəhriyar Məmmədyarov (AZE, 2772) - Teymur Rəcəbov (AZE, 2710) 0,5:0,5
Radoslav Voytaşek (POL, 2745) - Sergey Karyakin (RUS, 2783) 0,5:0,5
Vladimir Kramnik (RUS, 2811) - Pentala Harikrişna (IND, 2755) 1:0
Veselin Topalov (BUL, 2741) - Uesli So (USA, 2822) 0,5:0,5
Maykl Adams (ENG, 2761) - Pavel Elyanov (UKR, 2751) 0,5:0,5