Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millinin sabiq hücumçusu 37 yaşında öldü -
Millinin sabiq hücumçusu 37 yaşında öldü

ESTAFET/ Belarus millisinin sabiq futbolçusu Maksim Sıqalko vəfat edib. Hücumçu mövqeyində çıxış etmiş veteran 37 yaşında ölüb.

Karyerasının ən parlaq dövrünü Minsk “Dinamo”sunda keçirmiş forvard 2001-06-cı illərdə paytaxt klubunun formasını geyinib. O, 2004-cü ildə Belarus çempionu, 2002/03 mövsümündə ölkə kubokunun qalibi olub.

Milli komandaya cəlb olunduğu 2003-cü ildə 2 oyunda 1 qol vuran Sıqalko vətənində “Naftan” və “Savit”, Qazaxıstanda “Kaysar”, Ermənistanda “Banants”da çıxış edib. Maksim karyerasını zədələr üzündən 26 yaşında “Savit”də bitirib. (apasport.az)

Müəllif: Natiq NƏSİROV