AVROPA ÇEMPİONATI ÜÇÜN QADIN GÜLƏŞÇİLƏRİMİZİN HEYƏTİ

ESTAFET/ 2-7 may 2017-ci il tarixdə Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.

 

Yarışların 3 və 4-cü günlərində sərbəst və qadın güləşçilər yarışacaq.

 

Qadın güləşi üzrə yığma komandamız hazırlıqlarını Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirir.

 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Avropa çempionatına 7 güləşçi qatılacaq. Yarışda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

 

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək.