Prezidentdən azarkeşlərlə bağlı hökumətə təklif

ESTAFET/ Futbol üzrə İtaliya A seriyasının prezidenti Paolo dal Pino oyunlara azarkeşlərin buraxılmasının tərəfdarıdır. Qurum rəhbəri bununla bağlı hökumətə təklif göndərib.
O, azarkeşlərin peyvənd olunaraq tribunalara buraxılmasını istəyib: “Düşünürəm ki, yalnız peyvənd olunmuş azarkeşlərin stadiona buraxılması zamanı gələcək. İnsanları tribunalara necə qaytarmaq barədə 300 səhifəlik plan təqdim etdik. Ancaq hələlik bir cavab almamışıq. Ümid edirəm ki, heç olmasa peyvənd olunanlara icazə veriləcək”.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən İtaliya A seriyasının matçları boş tribunalar önündə keçirilir. (apasport.az)
