“Traktor” Asiyanın ən populyar klubudur

ESTAFET/ Cənubi Azərbaycan təmsilçisi “Traktor” Asiyanın ən populyar klubu seçilib. Bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

“Traktor” qurumun rəsmi saytında keçirilən sorğuda 51,14 faiz səslə 1-ci olub.

İran çempionatında 9 turdan sonra 13 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Müəllif: Natiq NƏSİROV