PSJ-də Superkubok matçı öncəsi yeni yoluxma
ESTAFET/ PSJ klubu Fransa Superkuboku matçı öncəsi koronavirus testinin nəticələrini açıqlayıb. Paris təmsilçisində yeni yoluxma faktı aşkarlanıb.
22 yaşlı müdafiəçi Kolen Daqbanın testinin pozitiv nəticələndiyi və tibbi protokola uyğun olaraq onun karantinə alındığı bildirilib. Bundan əvvəl isə digər müdafiəçi Tilo Kererin koronavirusa yoluxduğu açıqlanmışdı.
Qeyd edək ki, yanvarın 13-də Lansda keçiriləcək Superkubok oyununda PSJ “Marsel”lə qarşılaşacaq. (apasport.az)