TAEKVONDOÇULARIN AFİNADA İKİNCİ GÜNÜ: 1 QIZIL, 2 BÜRÜNC
ESTAFET/ Yunanıstanda keçirilən “DTF Prezident Kuboku” beynəlxaq turniri davam edir. Turnirin ikinci günü millimizin üzvləri daha uğurlu olub.
Böyüklərdən ibarət yığma komandamızın liderlərindən olan, Avropa çempionu, I Avropa Oyunlarının qalibi və “Rio-2016” Yay Olimpiya Ounlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani (80 kq) yenə də rəqiblərinə şans verməyib. Belə ki, M.Hərçəqani qarşılaşdığı türk Demir Burakı, belarus Vladzislav Saulukovu, yunan Apostolos Telikostoslovu və norveçli John Aspı məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici döyüşdə isə Türkiyə təmsilçisi Yunis Sarı ilə qarşılaşan idmançımız rəqibə 10-1 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Qadın taekvondoçumuz Fəridə Əzizova isə ingilis Mollie Schofieldə, rus Yuliya Miyutsiyə və sloven Dunja Lemajicə qalib gələrək yarmfinal mərhələsinə adlamağı bacarıb. Lakin yarlmfinal rəqibi isveçli Elin Yohannson keçilməz olub. Əzizova rəqibinə 3-7 hesabı ilə məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Gənclər arasında mübarizədə Cavad Ağayev fəqrlənib. 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan millinin üzvü ardıcıl olaraq, yunan Loannis Voukakisə, danimarkalı Peter Gardenə, ruslar Yeqor Liak və Zhantemir Akhmetova qalib gəlsə də yarımfinalda məğlubiyyətlə üzləşib. Belə ki, slovakiyalı Filip Svec gərgin keçən döyüşdən 21-25 hesabı ilə qalıb ayrılıb.
Xatırladaq ki, yarışın ilk günü qadın taekvondoçumuz Yaprak Eriş (57 kq) bürünc medala layiq görülmüşdür. İki günün nəticəsinə görə idmançılarımız 1 qızıl və 3 bürünc medala sahib olublar.