Yunan müdafiəçi vətəninə döndü
ESTAFET/ İngiltərənin “Arsenal” klubundan ayrılan Sokratis Papastatopulosun yeni komandası müəyyənləşib. Yunanıstanlı müdafiəçi karyerasını vətənində davam etdirəcək.
Türkiyə, İspaniya və İtaliya klublarının da maraq göstərdiyi Sokratis “Olimpiakos”a keçəcək. O, Pirey təmsilçisinə azad agent kimi qoşulacaq.
32 yaşlı yunan tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq. İllik qazancı 2,5 milyon avro təşkil edəcək müdafiəçinin anlaşması 2022-ci ilə qədər olacaq.
Qeyd edək ki, “Arsenal”la Sokratis müqaviləyə qarşılıqlı razılıqla xitam verib.