OLİMPİYA ÇEMPİONU AFİNADA GÜMÜŞLƏ KİFAYƏTLƏNDİ
Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan taekvondoçumuz turniri gümüş medalla bitirib. Belə ki, Radik qarşılaşdığı serb Danilko Vukeliçi (7:2), rus Oleq Kuznetsovu (2:0), fars Səyyad Mərdanini (12:10) məğlub edərək finala vəsiqəni təmin edib. Final döyüşündə isə digər rus təmsilçi Rafael Ayukayev ilə qarşılaşan idmançımız rəqibə 9-17 hesabı ilə məğlub olaraq gümüş medala sahib olub.
Yeniyetmələr arasında 41 kq çəki dərəcəsində yarışa qatılan Ofeliya Allahverdiyeva keçirdiyi bütün görüşləri qalib gələrək qızıl medal qazanıb.
Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedov (54 kq) finala vəsiqə qazansa da həlledici döyüşdən məğlub olub və gümüş medala sahib olub. Sina Bahrami (68 kq) isə yarışları bürünc medalla başa vurub.
Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında millimizin idmançıları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar. Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.