BAKI İSLAM OYUNLARINA HAZIRDIR

ESTAFET/ "Gələn ay Azərbaycanın paytaxtı Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və bununla da şəhərimizin dünya səviyyəli idman obyekti kimi mövqeyi daha da möhkəmlənəcək" - deyə İHİF-in idarə heyətinin üzvü Könül Nurullayeva bildirib. Könül xanım Bakı 2017 haqqında daha geniş məlumat verərək əlavə edib:

 

“İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzvünün təmsil olunacağı IV İslam Həmrəyliyi Oyunları 12 may tarixində Xəzər dənizinin qərb sahilində keçiriləcəkdir. 57 ölkənin Oyunlarda iştirak edəcəyi bizim çox yaxşı xəbərdir. Yeri gəlmişkən, 54 ölkənin iştirak etdiyi birinci İslam Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında baş tutub. İranda keçirilməsi planlaşdırılan ikinci oyunlar ləğv edilib, növbəti oyunlar isə İndoneziyada keçirilib və bu zaman tədbirdə 40 ölkə iştirak edib. Biz Oyunlara tam hazırıq. Belə ki, Oyunlara hələ iki həftə qalıb, amma komandalar artıq üç, ya dörd gündən sonra gəlməyə başlayacaqlar və mən hər şeyin qaydasında olacağına əminəm. İdman məkanları hazırdır və hər şey nəzarət altındadır. Beynəlxalq idman tədbirləri ölkəmizin beynəlxalq imicinin yüksəlməsi və yerli infrastrukturların Dubay, Abu-Dabi və Qətər kimi inkişaf etdirilməsi üçün dövlət səviyyəsində əsas sektor kimi təyin edilməsində böyük rol oynayır və bu baxımdan da 4-cü İslam Həmrəylik Oyunları Bakıda keçirilən bir çox idman tədbirləri sırasında sadəcə sonuncusu deyil. Bakı 2007-ci ildə Bədii Gimnastika üzrə Avropa Çempionatına, 2010-cu ildə Güləş üzrə Avropa Çempionatına, 2011-ci ildə Boks üzrə Dünya Çempionatına, habelə 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir.2015-ci ildə isə Azərbaycanın paytaxtı ilk Avropa Oyunlarına ev sahibliyi etmiş və bu İslam Həmrəylik Oyunları üçün nümunə olmuşdur".