Sarri “Marsel”i də çalışdırmaq istəmədi
ESTAFET/ İtaliyalı mütəxəssis Maurisio Sarri daha bir klubun baş məşqçisi olmaqdan imtina edib. Bir müddət əvvəl İtaliya “Napoli”sində çalışmaq variantından boyun qaçıran mütəxəssis “Marsel”in də təklifini qəbul etməyib.
Sarri Fransa Liqa1 təmsilçisinə rəhbərlik etmək istəməyib. Baxmayaraq ki, Andre Villaş-Boaşla yollarını ayıran marsellilər məhz onu baş məşqçi postuna gətirmək istəyirdi.
Qeyd edək ki, Sarrinin son iş yeri ötən mövsüm İtaliya çempionu etdiyi “Yuventus” olub. (apasport.az)