FUTBOL YIĞMAMIZIN HEYƏTİ: İSLAMİADA

ESTAFET/ Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti müəyyənləşib. Siyahıya yekun olaraq 23 nəfər daxil edilib. Oyunçuların əksəriyyəti Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünün qalibi Ağdamın “Qarabağ” komandasının üzvləridir.

 

Qapıçılar: Emil Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan Əhmədli (“Sumqayıt”)

 

Müdafiəçilər: Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”),

 

Yarımmüdafiəçilər: Fəhmin Muradbəyli (“Neftçi”), Mirabdulla Abbasov (“Sumqayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (ikisi də “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya).

 

Hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi “Qarabağ”) qoruyacaqlar.

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma komanda mübarizə aparacaq. “A” qrupunda yarışacaq millimiz mayın 8-də “Bayıl Arena”da Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaq.