Azərbaycan və İsrail gimnastika federasiyalarının birgə onlayn vebinarı
ESTAFET/ Karantin günlərinin davam etdiyi və bir çox yarışların təxirə salındığı dövrdə Azərbaycan və İsrail Gimnastika Federasiyaları ilk dəfə olaraq 2021-ci ilin 12-14 fevral tarixlərində bədii gimnastika üzrə çox maraqlı onlayn “Gələcəyə addım” adlı vebinar keçirəcəklər.
Vebinarda iştirak ödənişli əsaslarla həyata keçirilir və iştirak haqqı 40 manat təşkil edir. Vebinar Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitələrinin üzvləri - Noha Abu Şabana (Bədii gimnastika), İzabel Savada (Bədii gimnastika), Cef Tomson (Kişi idman gimnastikası), məşqçilər – Qabriela Müller (İsveçrə), Taro Netzer (Avstriya), Roman Yahoda (Avstriya), eləcə də, Porto və Coimbra Universitetlərinin Professoru - Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçiriləcəkdir.
Vebinarın məqsədi iştirakçılara bu çətin dönəmdə yeni biliklər qazandırmaq, onları motivasiya etmək və iki ölkənin federasiyalarının arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsindən ibarətdir.
Onlayn vebinar Bakı vaxtı ilə saat 18:00-da (İsrail vaxtı ilə 16:00) keçiriləcək. Vebinarda iştirak etmək arzusunda olanlar bu linkdən (https://agf.az/en/forms/-step-to-the-future--webinar-o-267210) istifadə edərək qeydiyyatdan keçə bilərlər.