CÜDO YIĞMAMIZDA YENİ SİMALAR

ESTAFET/ Azərbaycanın qadınlardan ibarət cüdo üzrə milli komandasının heyəti legionerlər hesabına gücləndirilib. Belə ki, monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (+78 kq) millimizin şərəfini qoruyacaq.

 

Azərbaycan Cüdo Federasiyasında yığma komandamızın yeni üzvləri ilə görüş keçirilib. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, milli komandamızın heyətinə yeni cüdoçuların cəlb olunması ölkəmizdə qadın cüdosunun da inkişafına təkan verəcək.