Avropa çempionatında iştirakımız təsdiqləndi
ESTAFET/ Azərbaycan ağır atletika yığması Avropa çempionatında iştirak edəcək. Bunu Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov açıqlayıb.
O bildirib ki, ilkin ərizələrin təqdimat vaxtı fevralın 9-da başa çatıb. 39 ölkə Moskvadakı yarışda iştirakla bağlı müraciət edib. Bu ölkələr arasında Azərbaycan yığması da var.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-11-də keçiriləcək. Koronavirus pandemiyasına görə 2020-ci ilin aprelindən təxirə salınan çempionat üçün yekun iştirak ərizələri aprelin 1-dək təqdim edilməlidir.