Daha bir hakim Premyer Liqadan imtina edir

ESTAFET/ Futbol hakimi Li Meyson İngiltərə çempionatının oyunlarına təyinat almamaq üçün Futbol Assosiasiyasına müraciət edib.

O, bir neçə gün əvvəl eyni addımı atan həmkarı Mayk Dinə qoşulub. Meyson qarşıdakı turda təyinatlardan kənar qalmağı xahiş edib.

Məsələ ondadır ki, videoassistent kimi hakimlik edən ədalət təmsilçisi son turların qalmaqala səbəb olan görüşlərində Dinin briqadasında yer alıb. “Sauthempton” – “Mançester Yunayted” (0:9) və “Vest Hem” – “Fulhem” (0:0) qarşılaşmalarında Dinin meydan sahiblərinə göstərdiyi qırmızı vərəqələr sonradan ləğv edilib. Hər iki epizodda referi videoassistentlə məsləhətləşmələrdən sonra belə qərar verib.

Müəllif: Natiq NƏSİROV